Türkiyə hökuməti xaricə çıxış üçün ödəniş məbləğini müəyyən edib. Artıq ölkə xaricinə çıxış rüsumu 150 TL-dən 500 TL-yə qaldırılıb.
Bu barədə Medyascope.tv xəbər yayıb.
Bundan əvvəl ekspertlər rüsumun 1500-3000 lirə arasında olacağını proqnozlaşdırmışdılar.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, vətəndaşlar sərhədi keçmək üçün ödəniş etməlidirlər.