Keniya polisi paytaxt Nayrobidə yerləşən gecəqondularda 42 qadının qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə "Star” qəzeti məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs Kayole regionunda saxlanılıb. Keniya Cinayət Axtarış Departamentinin rəhbəri Mohamed Amin deyib ki, saxlanılan şəxs iki il ərzində 42 qadını öldürdüyünü etiraf edib.
Daha əvvəl Nayrobidə yerləşən "Kvare” adlı gecəqondudakı zibillikdə 9 qadın cəsədinin tapıldığı barədə məlumat verilmişdi.