Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hökumət orqanlarının fəaliyyət qaydasını müəyyən edən gizli plan hazırlayıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Plan “Operationsplan Deutschland” və ya “OPLAN DEU” (“Almaniyada Operativ Fəaliyyət Planı”) adlandırılıb.
Burada Almaniya NATO-nun Avropadakı “mərzək nöqtəsi” kimi təsvir edilir, onun əsas vəzifəsi alyansın yüzminlərlə hərbçisinin şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq.
“Bu, o deməkdir ki, bir çox küçə və yollar, eləcə də liman infrastrukturu ictimai nəqliyyat üçün deyil, hərbi məqsədlər üçün istifadə olunacaq”, - Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi qəzetə bildirib.