Türk mühəndisləri tərəfindən istehsal edilən Türkiyənin ilk yerli və milli rabitə peyki "Türksat 6A" ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən orbitə buraxılıb.
"Türksat 6A" ilə peyk istehsalında yeni mərhələyə qədəm qoyduq", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.