İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

İranda “Şimal-Cənub” layihəsi çərçivəsində dəmir yolu xətti istifadəyə verilib

İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan, Xəzər dənizinin cənub sahilində yerləşən Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xəttini istifadəyə verib.

Bu barədə İran hökuməti məlumat yayıb.

“İran prezidenti səlahiyyətlərini icra edən Məhəmməd Mohberin iştirakı ilə Rəşt-Xəzər dəmir yolunun bir hissəsi istifadəyə verilib”, - məlumatda qeyd edilib.

37 kilometr uzunluğunda olan Rəşt-Xəzər dəmir yolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir. Bu, Xəzər dənizi ilə Fars və Oman körfəzləri arasında birləşdirici halqadır.

Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından artıq İranın şimal-qərbində Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin inşası planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 20.06.24 20:01