"Coca-Cola" hələ də Rusiya bazarından pul qazanır - "Bloomberg" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:56 İsrail XİN başçısı HƏMAS lideri Sinvarın öldürüldüyünü təsdiqləyib  |     21:47 Azərbaycanın məşhur şəhəri haqda Avropada görün nə danışırlar – Dünya bura axışa bilər  |     21:39 Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib  |     21:30 Sabahın havası ilə bağlı daha birXƏBƏRDARLIQ  |     21:19 Aİ-dən Ukrayna ilə bağlı çağırış  |     21:15 Baş Prokurorluq Vyanada COP-la bağlı tədbir keçirdi  |     21:07 DİQQƏT: Vəzifədə çalışmaq istəyənlərə ŞANS VERİLDİ  |     20:52 Baş Prokurorluq: 2020-ci il oktyabrında ermənilər Gəncəni “Smerç” və “Elbrus” raketləri ilə vurub  |     20:45 Qocalmanın altında yatan yeni mexanizm kəşf edildi  |     20:40 Gəncəyə edilən hücumlar nəticəsində dəymiş ziyanın məbləği açıqlandı  |     20:30 Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı  |     20:19 Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə QAÇIB: İki milyonluq yeyintidə HƏBSLƏR VAR  |     19:52 Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib  |     19:35 XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"  |    

"Coca-Cola" hələ də Rusiya bazarından pul qazanır - "Bloomberg"

"Coca-Cola" ölkəni tərk etmək barədə bəyanatlara baxmayaraq, Rusiyada qazanc əldə etməyə davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Coca Cola"nın fərqli qırmızı loqosunu Rusiya Federasiyasının bütün supermarketlərində və restoranlarda tapmaq hələ də asandır. Nəşr qeyd edir ki, bundan əlavə, heyrətamiz dərəcədə tanış qırmızı rəng və dadı olan qutularda satılan "Dobry Cola" adlı yeni məhsulu nəzərə alsaq, kola bəzi göstəricilərə görə Rusiyada qazlı içkilərin aparıcı istehsalçısı olaraq qalır.

Rusiya Federasiyasında 2022-ci ilə qədər "Coca-Cola" istehsalı "Coca-Cola HBC"yə məxsus "Multon Partners" tərəfindən həyata keçirilib. İki il əvvəl şirkət bu içkinin istehsalını dayandırıb və yeni məhsul - "Good Cola" təqdim edib və 2023-cü ildə ölkədə ən populyar qazlı içki olub.

"Rusiyada "Coca"-Cola satışından əldə edilən gəlir sadəcə olaraq "Good Cola"nın uğuru sayəsində bazar payı qazanan "Coca-Cola HBC"yə keçib", deyə "CFRA Research" analitiki Qarrett Nelson bildirib.

Rusiyanı tamamilə tərk etməyən yeganə şirkət "Coca-Cola" deyil. 2022-ci ilin sentyabrında "PepsiCo" ölkədə "Pepsi", "Mountain Dew" və "7Up" istehsalını və satışını dayandıracağını elan edib. Bununla belə, şirkət tezliklə yeni içki olan "Evervess"i bazara çıxarıb və "Frustyle" istehsalını artırıb.

Ötən ilin sonunda "PepsiCo"nun Rusiya bölməsinin içkilərinin satışı 12% artaraq 209 milyard rubla çatıb. Bu arada şirkətin uşaq qidası və süd məhsullarının satışından əldə etdiyi gəlir 10% artaraq 129 milyard rubla çatıb.

Bundan əvvəl məlum olub ki, "Coca-Cola" Rusiyada ticarət nişanlarının yenidən qeydiyyata alınması üçün ərizələr verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 18.06.24 22:16