Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

Türkiyə "Crocus City Hall"dan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək edib

18.06.2024 11:23 1 383
Türkiyə
Türkiyə xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək, "Crocus City Hall" ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının qarşısını almağa kömək ediblər.

Bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzetinin köşə yazarı Hande Fırat yazıb.

"Konsert salonuna ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb. Onlar insanların dolu olduğu ticarət mərkəzinə hücum etməyi düşünürmüşlər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq, bu ikinci böyük hücumun qarşısını alıb", - deyə yazıda bildirilib.

Nəşrin məlumatına görə, terror aktı İŞİD terror təşkilatı ilə əlaqəli olan "Vilayət Xorasan" qruplaşmasının silahlıları tərəfindən hazırlanıb.

"Hürriyet" qeyd edir ki, Türkiyə xüsusi xidmət orqanları yanvarın sonunda İstanbulda Müqəddəs Məryəm katolik kilsəsinə hücumda əli olan "Vilayət Xorasan" təşkilatının yerli bölməsinin fəaliyyətini uzun müddət izləyiblər. Kəşfiyyat xidmətləri bir neçə şəxsin izinə düşüb, onları dindirib, bundan sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb.

Nəşr xatırladır ki, ticarət mərkəzinə hücum edənlərdən ikisi terror aktından bir qədər əvvəl Türkiyəyə səfər edib və bu barədə də Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilib.скачать dle 11.3
Mojo.az Banner