Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı | 23:04 Sabah bəzi ərazilərdə qaz olmayacaq | 22:49 “Polat Alemdar” ekranlara qayıdır? | 22:41 Rusiya Odessanı vurdu: Ölənlər var | 22:35 Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - RƏSMİ AÇIQLAMA | 22:27 "iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi | 22:22 “WhatsApp”da YENİ FUNKSİYA | 22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı |
Mojo.az Avto
Mojo.az Avto

Makron prezident postundan istefasını şərh etdi

11.06.2024 17:43 1 755
Makron prezident postundan istefasını şərh etdi
Fransa Prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, vəzifəsindən istefa verməyi nəzərdə tutmur.

Bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

"‘Milli Birlik’ partiyası konstitusiya yazmır və bu, onun ruhuna uyğun deyil. Qanunverici institutların yeri müəyyən olunub, seçkilərin nəticəsi nə olursa olsun, prezidentin yeri də müəyyən olunub. Bu mənim üçün toxunulmazdır," - deyə Fransa lideri bildirib.

Beləliklə, o, Avropa Parlamentinə (AP) seçkiləri şərh edib. AP-nin funksiyalarına Avropa Komissiyasının (AK) qanunvericilik təşəbbüslərini nəzərdən keçirmək daxildir. Fransada səsvermənin nəticələrinə görə, təxminən 32 faiz səsi lideri Marin Le Pen olan "Milli Birlik" partiyası toplayıb.

Seçkilərin nəticələrinə cavab olaraq, Makron parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib. Birinci tur 30 iyunda, ikinci tur isə 7 iyulda keçiriləcək. O, həmçinin, baş nazir Qabriel Attalın rəhbərlik etdiyi öz partiyası "Yenidənqurma" hökumətinin istefasını qəbul edib.

BUna qədər "Europe1" radiostansiyası Avropa Parlamenti sağ qüvvələrin qələbəsi ilə nəticələnən seçkilərin nəticələrinə görə Makronun istefa vermə ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı.

Son xəbərlər