Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları xarici həmkarları ilə birlikdə Avropa ölkələrindən birində terror aktının qarşısını alıblar.
Bu barədə DMTK-nın mətbuat xidməti məlumat verib.
“Dövlət Milli Təhlükəsizlik Komitəsi xarici tərəfdaşlarla birgə həyata keçirilən terrorizmə qarşı mübarizə tədbirləri çərçivəsində beynəlxalq terror təşkilatı üzvlərinin Avropa ölkələrindən birinin ərazisində terror aktı təşkil etmək cəhdinin qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Terror aktının potensial icraçılarından biri "xaricdə gizlənən" Qırğızıstan vətəndaşı olmalı idi. Hələlik onun adı və soyadı istintaqın maraqları baxımından açıqlanmır.