Mojo.az Banner
Son Xəbərlər
14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkdilli dövlətlərdən biri bayrağının dizaynını dəyişir

20.12.2023 12:37 2 472
Türkdilli dövlətlərdən biri bayrağının dizaynını dəyişir
Qırğızıstan parlamentinin deputatları ölkənin dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər.

Parlamentdə müvafiq qanun layihəsinin üçüncü oxunuşunda dövlət bayrağının dizaynının dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə beş deputat səs verib.

Daha əvvəl isə qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib.

Qırğızıstan dövlət bayrağının dizaynının dəyişdirilməsi təşəbbüsü ilə ilk dəfə parlamentin sədri Nurlanbek Şakiyev çıxış edib.

Lakin müzakirələr başlayandan bir müddət sonra ölkə Prezidenti Sadır Japarov qeyd edib ki, spikerə bayrağın dəyişdirilməsi təklifini özü verib.

Sadır Japarov bildirmişdi ki, Qırğızıstan bayrağında olan rəng və təsvirlər günəbaxanı xatırladır:

“Hətta elə hallar olub ki, ölkəmizə səfər edən əcnəbilər burada çoxlu günəbaxanın bitdiyini düşünüblər. Ona görə də, bəlkə də, bayrağımızın görkəminə yenidən baxmağın vaxtı çatıb. Dünyanın bir çox ölkələrində dövlət bayrağının elementlərində müəyyən dəyişikliklər edilməsi praktikası var”.

Yeni dəyişikliyə əsasən, bayrağın mərkəzində olan alaçıqdan çıxan dalğavarı Günəş şüaları düz şüalarla əvəz ediləcək.

Mənbə: TASS

Son xəbərlər