Mojo.az Banner
18:35 Şükür Həmidovun döyüş meydanından yeni görüntüləri - VİDEO  |     18:21 Binəqədi rayonunda yanğın başladı  |     18:11 Bakıda 19 istiqamətdə sıxlıq var  |     18:08 Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?  |     17:43 Qobustanda 38 günə körpü inşa edilib  |     17:31 Küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ  |     17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |    
Left Banner
Right Banner

Qırğızıstan himnini dəyişir

12.12.2024 21:31 933
Qırğızıstan himnini dəyişir
Qırğızıstanda respublikanın himninin mətni dəyişdiriləcək.

Qırğızıstan parlamentinin Mətbuat xidməti məsələ ilə bağlı qurumlararası komissiyanın yaradıldığını açıqlayıb.

Həmin komissiyanın himnin yeni mətni ilə bağlı üç variant seçəcəyi və bu variantların nəzərdən keçirilməsi üçün parlamentə təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, Qırğızıstan himinin mətninin dəyişdirilməsini oktyabr ayında parlamentin spikeri Nurlanbek Şakiyev təklif edib. Bu zaman ölkə prezidentinin mətbuat katibi Askat Alagözov Şakiyevin açıqlamasını şəxsi fikir kimi qəbul etməyi tövsiyə edib.

Lakin daha sonra Qırğızıstan Prezidenti Sadır Japarov himnin mətninin dəyişdirilməsi ilə bağlı təklifi dəstəkləyib: “Hazırkı himn 33 il əvvəl, biz azadlıq əldə etdikdə və müstəqilliyimizi qazandıqda yazılıb. O zaman himn bizim artıq azad olduğumuzu, müstəqil dövlət olduğumuzu ifadə edərək sevinc və həyəcanla yazılıb. Himni dəyişdirsək, yaxşı olardı”.

Yeni himnin 2025-ci ilin aprelinə qədər qəbul edilməsi gözlənilir.

Onu da xatırladaq ki, Qırğızıstan himni 1992-ci il dekabrın 18-də respublikanın Ali Şurasının qərarı ilə təsdiq edilib.скачать dle 11.3
Mojo.az Banner