“Reuters”: Qəzza zolağında epidemiyanın yayılması riski var » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib  |     16:43 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |     15:03 Rusiyanın dörd hava limanı fəaliyyətini dayandırıb  |     14:56 Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb  |     14:50 Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq  |    

“Reuters”: Qəzza zolağında epidemiyanın yayılması riski var

Təmiz su, qida və sığınacaq çatışmazlığı Qəzza zolağının əhalisi arasında yoluxucu xəstəliklərin yayılması riskini artırır.

Bu barədə “Reuters” agentliyi 10 həkim və yardım işçisinə istinadən məlumat yayıb.

“Qəzza zolağında xəstəliklərin yayılması üçün ideal mühit yaranıb. İndi söhbət bunun nəticələrinin nə qədər ciddi olacağından gedir”, - deyə BMT-nin Uşaq Fondunun nümayəndəsi Ceyms Elder agentliyə şərhində bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, noyabrın 29-dan dekabrın 10-dək mədə-bağırsaq xəstəlikləri əlamətləri olan beş yaşadək uşaqların sayı 66% artaraq 59 895-ə çatıb. Anklavın qalan əhalisi üçün bu göstərici 55% təşkil edib.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki “Naser” xəstəxanasının pediatriya şöbəsinin müdiri Əhməd əl-Farra agentliyə bildirib ki, onun şöbəsi ağır susuzluqdan əziyyət çəkən uşaqlarla doludur. Bəzi uşaqlarda bu böyrək çatışmazlığına səbəb olub və ishal halları dörd dəfə artıb.

Əl-Farranın sözlərinə görə, son iki həftə ərzində şəhərdə 15-30 hepatit A virusuna yoluxma faktı qeydə alınıb.

“Virusun inkubasiya müddəti üç həftədən bir aya qədərdir, ona görə də bir aydan sonra hepatit A-ya yoluxma hallarının sayında partlayış baş verəcək”, - deyə o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            780 14.12.23 17:41