KXDR ballistik raketləri işə salmasına aydınlıq gətirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |    

KXDR ballistik raketləri işə salmasına aydınlıq gətirib

Koreya Xalq Demokratik Respublikasının ballistik raketləri işə salması dəmir yolu raket kompleksinin sınağı idi.

Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Sınaq iş üçün ilk dəfə istifadəyə verilən dəmir yolu mobil raket kompleksinin praktiki tətbiqinin təsdiq edilməsinə yönəlmişdi", - agentliyin xəbərində deyilir.

Qeyd edilir ki, sınaq sentyabrın 15-də səhər saatlarında keçirilib, raketlər 800 kilometr uçub.

Koreya Xalq Demokratik Respublikası Pxyonan-Namdo əyalətinin Yandok rayonundan Yapon dənizinə tərəf iki ballistik raketi işə salıb. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.

Bundan əvvəl – sentyabrın 11 və 12-də Şimali Koreya uzaq mənzilli qanadlı raketləri sınaqdan keçirib. Cənubi Koreya prezidenti Mun Çje İn raket sınaqlarını təxribat adlandırıb. Bu, Koreya Xalq Demokratik Respublikası tərəfindən tənqidə səbəb olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 16.09.21 21:21