Kiyev Mədəniyyət Universitetində “Tik-Tok” fakültəsi açılıb.
Fakültənin açılışını Ukraynanın tanınmış müğənnisi və universitetin rəhbəri Mixail Poplavksi edib.
Tələbələrə ödənişsiz təhsil imkanı verən fakültənin dekanı Liliya Mojayeva təhsil bölməsinin açılmasında məqsədin yaradıcı insanlara dəstək vermək, onlara özlərini inkişaf etdirməkdə yardım göstərmək olduğunu bildirib.
Qeyd edək ki, baş ofisi Çində yerləşən “Tik-Tok” Ukraynada ən populyar sosial şəbəkədir.