ABŞ-ın ən böyük məktəb dairəsi sayılan Nyu-Yorkda bugündən etibarən əyani tədrisə başlanılıb.
Təqribən bir milyon şagird sinif otaqlarına qayıdıb.
Xatıraladaq ki, şəhər məktəblərində əyani tədrisə ilk dəfə 2020-ci ilin mart ayında fasilə verilib. Sonradan bir neçə dəfə, qısamüddətli olsa da, məktəblər öz qapılarını şagirdlərin üzünə açıb.
Qeyd edək ki, ABŞ-da məktəbə gələn yeniyetmələrin vaksinasiyası tövsiyyə olunur.
Mənbə: CNN