Əfqanıstanın Pəncşir vilayətindəki “Taliban” əleyhinə müqavimət hərəkatının nümayəndələri Türkiyəyə müraciət ünvanlayıb.
Müvafiq bəyanat onlara məxsus sosial şəbəkə səhifələrindən birində dərc olunub.
Bəyanatda bildirilib ki, Əfqanıstanda qadınlar ölümlə üz-üzədir və əgər Türkiyə “Taliban” hökumətini tanısa, yaxıd dəstəkləsə, bu cinayətlərin ortağına çevriləcək.
Müqavimətçilər Türkiyəni nə qədər ki gec deyil, bunun qarşısını almağa çağırıblar.