Oksford Universitetinin virusoloqları SARS-CoV-2-ni də əhatə edən koronavirusların bir alt növü olan sarbekovirusların on minlərlə il əvvəl epidemiyalara səbəb olduğunu müəyyən ediblər.
Bu barədə "Current Biology" jurnalında məqalə dərc olunub.
Belə ki, SARS-CoV-2 və SARS-CoV-1-in 21 min il bundan əvvəl mövcud olduğu ortaya çıxıb ki, bu da əvvəlki təxminlərdən 30 dəfə çoxdur. Həm də bu məlumatlar qədim insanların genom məlumatlarının analizinin nəticələrinə uyğundur - təxminən 21 min il əvvəl insanlar artıq koronavirus epidemiyasından əziyyət çəkirdilər.
Məqalə müəllifləri digər viruslardakı təkamül dəyişikliklərini yenidən müəyyən edə biləcəklərinə ümid edirlər.
Bununla yanaşı, hepatit C virusunun yarım milyon il əvvəl heyvanlar arasında yayıldığını və təxminən 150 min il əvvəl Afrikadan köç zamanı insanlar arasında yayıldığı müəyyən edilib.