Ağ Evin sözçüsü: "Heç kim güman etməsin ki, "Taliban"a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |    

Ağ Evin sözçüsü: "Heç kim güman etməsin ki, "Taliban"a qarşı sanksiyaları yumşaltmaq fikrindəyik"

ABŞ Əfqanıstana yardımla bağlı qərarı ölkədə hökumət qurulduqdan sonra verəcək.

"Report" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ABŞ hazırda "Taliban"a qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirmir.

"Heç kim güman etməsin ki, hazırda "Taliban" əleyhinə sanksiyaları yumşaltmaq fikrindəyik, bu, müzakirə predmeti deyil", - Psaki bildirib.

Psaki qeyd edib ki, ABŞ-ın gələcəkdə atacağı istənilən addımda beynəlxalq birliyin rəyi nəzərə alınacaq.

Onun sözlərinə görə, ABŞ Əfqanıstan xalqının beynəlxalq yardım almasını istəyir: "Bu yardımlar xarici təşkilatların hesabına edilməlidir. Vaşinqton bu istiqamətdə artıq xüsusi bir lisenziya da əldə edib".
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            534 02.09.21 23:35