BMT Əfqanıstana humanitar yardımları bərpa edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |    

BMT Əfqanıstana humanitar yardımları bərpa edib

“BMT Əfqanıstana havadan humanitar yardım reyslərini bərpa edib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Əfqanıstanda BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti (UNHAS) humanitar dəstək fəaliyyətlərinin davamı üçün uçuşları bərpa edib.

Eyni zamanda hava yolu ilə sərnişin daşıma xidməti hazırda Pakistanın paytaxtı İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurub, avqustun 29-dan etibarən Məzari-Şərifə üç reys həyata keçirilib. Əməliyyatların mümkün qədər qısa zamanda yerinə yetirilməsi və Əfqanıstandan uçuşların sayının artırılması üçün səylər göstərilir. Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq üçün yük təyyarəsi fəaliyyət göstərir.

BMT-nin Humanitar Hava Xidməti (UNHAS) daxili sərnişindaşıma xidməti üçün 18 milyon ABŞ dolları, karqo xidməti üçün isə 12 milyon ABŞ dolları tələb olunur. Hər iki xidmət humanitar cəmiyyətin istifadəsində olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 02.09.21 23:20