Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |    

Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir

Danimarka ölkəyə giriş qaydaları istisna olmaqla, bütün koronavirus məhdudiyyətlərindən imtina edir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir.

Danimarka Səhiyyə naziri Magnus Xoinikenin sözlərinə görə, ölkə əhalisinin əksəriyyətinin peyvəndlənməsi pandemiyanın hazırda nəzarət altında olduğunu və artıq cəmiyyət üçün ciddi bir təhlükə törətmədiyini göstərir.

Hökumətin məhdudiyyətlərdən imtina qərarı danimarkalıları koronavirus sertifikatı təqdim etmək tələbindən azad edir.

2020-ci ilin mart ayından etibarən Danimarka COVID-19-u cəmiyyət üçün ciddi təhlükə yaradan təhlükəli bir xəstəlik kimi təsnif etməyə başlayıb. Bu təsnifat hökumətə insanların gündəlik həyatına ciddi məhdudiyyətlər qoyma səlahiyyətini verib. Buna görə də, hakimiyyət məktəbləri, uşaq bağçalarını, universitetləri və bir çox dövlət müəssisələrini bağlı saxlayıb.

Hakimiyyət habelə, virusun yayılmasını dayandırmaq üçün uzun müddətdir ki, digər əhəmiyyətli məhdudiyyətlərdən də istifadə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            831 30.08.21 22:59