Əfqanıstanın vitse-prezidenti "Taliban"a qarşı müqavimət göstərməyə çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |     19:38 Gürcüstan DİN-in vəzifəli şəxsinin meyiti tapılıb  |     19:12 Mikayıl Cabbarov Viktor Parlikovla görüşdü  |     18:59 Messi hakimi təhqir edib  |     18:51 Ağstafada 41 yaşlı qadın itkin düşüb  |     18:42 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb  |     18:41 Dubay şokoladı alanların diqqətinə - Gömrükdə saxlanıla bilərsiniz  |     18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |    

Əfqanıstanın vitse-prezidenti "Taliban"a qarşı müqavimət göstərməyə çağırıb

Əfqanıstanda prezidentin səlahiyyətlərini icra etdiyini elan edən vitse-prezident Əmrullah Saleh "Taliban" hərəkatına qarşı müqavimət göstərməyə çağırıb.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, Saleh Almaniyanın "Spiegel" qəzetinə məktub yazaraq Pəncşirdəki müqavimət cəbhəsinə dəstək istəyib.

Qeyd edək ki, avqustun 15-də "Taliban" Kabili tutduqdan sonra Saleh ölkənin şimal-şərqindəki Pəncşir əyalətinə sığınıb və konstitusiyanı əsas gətirərək özünü prezidentin səlahiyyətlərinin icraçısı elan edib.

"Əfqanıstandakı vəziyyətin həlli hələ də var. Pəncşirdəki Milli Müqaviməti tanıyın və dəstəkləyin", - Saleh məktubunda yazıb.

Saleh, həmçinin keçmiş prezident Əşrəf Qaninin hərəkətlərini tənqid edib:

"Keçmiş prezident Qani Əfqanıstanda qala və dünyanın çağırışına cavab verə bilərdi. "Taliban" onu ələ keçirsə belə, meyiti həbsxanada olardı və ruhu azad olardı. İndi isə onun təkcə bədəni azaddır. Ruhu sona qədər zəncirlənəcək".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            771 30.08.21 22:20