Kolumbiyanın Kukuta şəhərində polis idarəsi yaxınlığında partlayış baş verib.
Bu barədə şəhər polis rəisi Oskar Moreno məlumat yayıb. Partlayış nəticəsində 15 nəfər yaralanıb. Onlardan 13-ü polis əməkdaşı, 2-si yoldan keçən piyadadır. Partlayıcı qurğu idarənin yaxınlığındakı oturacaqlardan birinin altına qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.