Avropa İttifaqı koronavirusa yoluxma hallarının artması səbəbindən pisləşən epidemioloji vəziyyətlə əlaqədar olaraq ABŞ da daxil olmaqla 5 ölkədən girişə məhdudiyyəti qüvvədə saxlayıb.
"Avropa İttifaqı Şurası səyahət məhdudiyyətlərinin ləğv edilməli olduğu ölkələrin siyahısını yeniləyib. İsrail, Kosovo, Livan, Monteneqro, Şimali Makedoniya və ABŞ bu siyahıdan çıxarılıb", - sənəddə deyilir.
Buna qədər 23 dövlət bu siyahıda yer alırdı.