Qırğızıstan və Tacikistan arasındakı sərhədlərin 50 faizi razılaşdırılıb.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
O qeyd edib ki, Qırğızıstan həmçinin Özbəkistanla da sərhədlərin müəyyən edilməsi ilə bağlı danışıqları davam etdirir.
“Bu kimi məsələlər qarşılıqlı hörmət prinsipi əsasında həll olunmalıdır”, - S.Japarov bildirib.