Amerikalı senator Robert F. Kennedinin qatilinin əfvi ilə bağlı təklifi Kaliforniya ştatının Şərti Azadlıq Komissiyası dəstəkləyib.
Bu məlumatı BBC yayıb. Məlumata görə, qatil Serxan Serxan həbsdə 53 il keçirib. Onun artıq ictimai təhlükə kəsb etmədiyi vurğulanıb. 77 yaşlı qatilin əfvi ilə bağlı yekun qərarı Kaliforniya qubernatoru Qevin Nyusonun verəcəyi bildirilib.
Qeyd edək ki, Serxan Serxan senator Kennedini 24 yaşında qətlə yetirib. O, Kennedini “Ambasador” otelində çıxışı zamanı öldürüb. O bunu senatorun İsrailə hərbi yardımı dəstəklədiyi üçün etdiyini bildirib.