Mütəxəssislər artan statistikaya görə, tam qapanmanı məsləhət görür.
Türkiyəli professor Faruk Aydın yoluxmanın artmasında qonşu və ailəiçi ziyarətlərin təsirli olduğunu deyib:
"Gördüyümüz rəqəmlər bizi ürküdür. Karadeniz, Samsun kimi bölgələrdə yoluxma sayı artır. Digər bölgələrə yayılıb, artacağını deyirdik, elə də oldu. Qonşuluq, hərəkətliliyin və səyahətlərin davam etməsi səbəbi ilə hər yerdə yoluxanların sayı daha da artdı. Bunlara baxıb dərs çıxarmaq lazımdır. Risk bütün ölkələrdə davam edir. Bütün bunlar üçün aparılan tədbirlərdən tam qapanmanı şiddətlə tövsiyə edirəm. Yoxsa bunun qarşısını ala bilməyəcəyik. İnsanlar hələ də qaydalara uymur". /medicina.az