Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
Median.Az xəbər verir ki, bu barədə ÜST-nin Beynəlxalq Səhiyyə Tənzimləməsinin (IHR) Fövqəladə vəziyyət komitəsinin 7-ci iclasında vəziyyətin müzakirəsindən sonra müvafiq qərar çıxarılıb.
"ÜST baş direktoru COVID-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gələrək komitənin tövsiyələrilə razılaşıb”, - komitənin açıqlamasında qeyd olunur.
Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan artığı dünyasını dəyişib.