Musiqili striminq xidməti Spotify, Locker Room tərəfindən yaradılan Betty Labs şirkətini aldığını elan edib.
Median.Az facemark.az-a istinadən bildirir ki, şirkətin press-relizində bildirilib ki, o Clubhouse-un rəqibi olacaq.
The Verge nəşrinin yazdığına görə, yeni xidmət bazardakı digər audio əlavələr - Clubhouse, Spaces və Discord ilə rəqabət aparacaq. Razılaşmanın şərtləri isə açıqlanmayıb.
Digər şirkətlər də Clubhouse-un analoqu ilə çıxış edir. Twitter də səsli əlaqə üçün Spaces adlı xidməti yoxlayır. Telegram da səsli xidmətini də elan edib. Instagram isə video rejimdə, canlı efir üçün otaqlar təqdim edib.