Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın 2021-ci ildə dəf ediləcəyinə dair proqnozlar özünü doğrultmur.
Median.Az “TASS”-a istinadən xəbər verir ki, belə bir qənaət Rusiyanın “Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti” və Rusiya Sənayeçi və İş Adamları Birliyi tərəfindən hazırlanmış hesabatda yer alır.
Hesabat müəlliflərinə görə, 2020-ci ildə dünya iqtisadiyyatına mənfi təsir göstərmiş amillər hələ də aradan qaldırılmayıb.
“Karantin tədbirlərinin müxtəlif gücü, ayrı-ayrı ölkələrdə peyvəndləmənin müxtəlif sürəti, habelə virusun yeni, daha təhlükəli ştamların üzə çıxması bundan sonra da ölkə iqtisadiyyatlarına, dünya boyu tədarük zəncirlərinə mənfi təsir edəcək”, – deyə sənəddə qeyd olunur. Beləliklə, hökumətlər iqtisadi siyasətini uzunmüddətli tənəzzülə uyğunlaşdırmalıdır.
Pandemiya dövründə dövlət biznes sektorunu və əhalini səmərəli dəstəkləsə də, dövlətin qiymətlərə müdaxiləsi, dövlətin payı olduğu şirkətlərin güclənməsi gələcəkdə müəyyən fəsadlar doğura bilər.