Finlandiyalı alimlər bu ilin sonunadək koronavirusa qarşı yeni vaksinin hazrılanmasını başa çatdıra bilər.
Median.Az Trend-ə istinadən xəbər verir ki, bu vaksin digərlərindən fərqli olaraq burun spreyi formasında olacaq.
Helsinki Universitetinin professoru, layihənin müəlliflərindən biri Kalle Saksela bildirib ki, preparatın hazırlanmasına ötən ilin yazında başlanılıb.
Bu vaksinin sprey formasında olması onunla əlaqədardır ki, virus insan orqanizminə əsasən nəfəs yolları ilə daxil olur. Vaksin selikli qişanın müdafiəsini təmin etməklə yanaşı, həm də orqanizmin ümumi immunitetini gücləndirəcək.
Hazırda vaksinin heyvanlar üzərində sınaqları bitmək üzrədir. Preparatın könüllülər üzərində sınaqlarının birinci mərhələsinin yayda başlaması planlaşdırılır.