Myanmarda 19 nəfər edama məhkum edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |     16:20 Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO  |     15:54 BDU-nun dosenti VƏFAT ETDİ - FOTO  |     15:51 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |    

Myanmarda 19 nəfər edama məhkum edilib

Myanmardakı hərbi məhkəmə bir hərbçini öldürmək və digərini yaralamaq ittihamı ilə 19 şəxsi edama məhkum edib.

Hərbi hökumətə bağlı "Myawaddy TV”nin bildirdiyi kimi, ittihamnaməyə görə, müttəhimlər 27 mart Silahlı Qüvvələr Günü ölkənin ən böyük şəhəri Yanqonun Şimali Okkalapa qəsəbəsində aralarında zərərçəkənlərin olduğu bir neçə nəfərə bıçaq və dəyənəklərlə hücum edib onlara məxsus motosikl və silahı götürüblər.

Müttəhimlərdən hazırda axtarışda olan 17 nəfər barəsində bu hökm qiyabi verilib.

Yanqon şəhərinin Şimali Okkalapa kimi hərbi vəziyyət elan olunmuş bölgələrində ciddi cinayət hadisələrinə hərbi məhkəmələr baxır. Bu məhkəmələrin hökmündən Ali Məhkəməyə apellyasiya verilə bilməz, lakin edam hökmləri hərbi xunta başçısı, Dövlət İnzibati Şurasının sədri Min Aunq Hlainq tərəfindən, daha yüngül cəzalar isə aşağı rütbəli komandirlər tərəfindən dəyişdirilə bilər.

Bu qərarın martın 15-də tətbiq edilmiş hərbi vəziyyət dövründə ilk edam hökmü olduğu bildirilir. Fevralın 1-də baş verən hərbi çevrilişə qədər Myanmarda edam hökmləri çıxarılsa da, 30 ildir icra edilmirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            600 10.04.21 15:52