Türkiyənin Erciyes Universitetinin rektoru, professor Mustafa Çalış yerli koronavirus peyvəndi ilə bağlı açıqlama verib.
DHA xəbər verir ki, o bu gündən peyvənd sınaqarının ikinci mərhələsinin bitdiyini deyib.
Çalış qeyd edib ki, ikinci dozanın effektivlik nəticələri aprel ayının sonundan etibarən ortaya çıxacaq və üçüncü mərhələyə başlanacaq.