Dünyanın hər onuncu sakinində yalnız COVID-19 peyvəndlərinə deyil, həm də digər xəstəliklərə qarşı immuniteti olmadığı ortaya çıxıb.
Bu barədə Vektor Araşdırmalar Mərkəzinin direktoru Rinat Maksyutov "İzvestiya" qəzetinə verdiyi müsahibədə danışıb.
"Əhalinin təxminən 10 faizi peyvəndlərə qarşı reaksiya vermir və onlarda immunitet yaranmır. İnsanın həyat tərzindən tutmuş immunitet sisteminin xüsusiyyətlərinə qədər bir çox faktor antikor istehsalına təsir edir.
EpiVacCorone və digər rus peyvəndləri üçün təlimatlarda antikorların qoruyucu titrinin və peyvənddən sonrakı immunitet müddətinin nə qədər davam edəcəyinin məlum deyil. Aprel ayının ortalarında, tədqiqatlar bitdikdən sonra buna aydınlıq gələcək", - ekspert bildirib.
Vektor rəhbəri bildirib ki, koronavirusa qarşı hər hansı bir peyvənddən sonra yoluxma şansı mövcuddur. Bu, çox vaxt tam hüquqlu immunitetin yaranması üçün lazım olan vaxtın keçməməsi ilə bağlıdır. Məsələn, 60 yaşdan yuxarı 150 könüllü üzərində aparılan klinik tədqiqatlar zamanı 20 nəfər peyvəndin ilk dozasından sonra xəstələnib. (publika.az)