Alimdən xəbərdarlıq: “Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |     16:20 Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO  |     15:54 BDU-nun dosenti VƏFAT ETDİ - FOTO  |     15:51 Azərbaycanda orta aylıq əməkhaqqı artıb  |     14:50 Ruslar Ermənistana getməkdən imtina edir  |     14:28 Rusiyanın məşhur rejissoru vəfat etdi  |     14:20 Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzində  |     14:13 SSRİ-nin "ilk gözəli" vəfat etdi - FOTO  |    

Alimdən xəbərdarlıq: “Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” - VİDEO

Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlıqla başlayan yeni sindrom tapılıb.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

“İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz uşaqlarda ağırlaşma yaratması barədə yüksək səviyyədə elmi tədqiqat yoxdur. Bəzi tədqiqatlar olsa da, bu gün onlara istinad edib, ciddi narahatlıq keçirməyimizə səbəb yoxdur. Amma bu, o demək deyil ki, artıq uşaqlara görə narahat olmayaq.

“Virusa yoluxan uşaqların hamısı sağalacaq” deyə anlayış yoxdur. Hər kəs bilməlidir ki, uşaqlar pandemiyanın daşıyıcısıdır. Böyük qismi xəstəliyi yüngül keçirsə də, müəyyən qismində ağırlaşmalar ola bilər. Sadəcə zamanında müdaxilə edilməsi ölümlə nəticələnmir” , - o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            612 08.04.21 23:00