Braziliyada koronavirusa bir sutkada 86 979 yeni yoluxma qeydə alınıb, bununla da xəstələnlərin ümumi sayı 13,1 milyonu keçib.
“Haber Global”ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bununla bağlı xəbər yayıb.
Həmçinin 4 195 nəfər həyatını itirib ki, bu da sutka ərzində COVID-19-dan ölümlə bağlı indiyə qədər ölkədə müşahidə olunan ən yüksək rəqəmdir.
Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox zərər görən ölkədir. Son günlər koronavirusun ən yoluxucu ştammlarından biri - P1-in yayılması ilə isə vəziyyət daha da pisləşib.