Rusiya ərazisində koronovirusun Britaniya, Cənubi Afrika və ya Braziliya növündən fərqli mutasiyalara sahib olan naməlum ştammlar müəyyən olunub.
Bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbər verib.
Onun sözlərinə görə, hazırda onların epidemioloji əhəmiyyətini qiymətləndirmək üçün işlər aparılır.
Popova hələ ki, narahatlıq üçün heç bir əsas olmadığını qeyd edib.
Eyni zamanda, “Rospotrebnadzor” rəhbəri özünün və həmkarlarının koronavirusun hər hansı bir növünü “Rusiya ştammı” adlandırmasının tərəfdarı olmadığını vurğulayıb.
Popova hər mutasiyaya ad verməyin mənasız olduğunu əlavə edib.