Amerikalı rejissor və ssenarist Aaron Sorkinin “The Trial of the Chicago 7” (2020) filmi ABŞ Kinoaktyorları Gildiyasında (Screen Actors Guild Award) “Ən Yaxşı Aktyor heyəti” nominasiyasına layiq görülüb.
Bu barədə qurumun saytında yayımlanan açıqlamada deyilir.
Bu il komediya serialında “Schitts Creek” (2015-2020), dram serialında isə “The Crown” (2016 – hazırkı dövr) “Ən Yaxşı Aktyor Heyəti” mükafatını alıb.
“Ma Raineys Black Bottom” (2020) filmində rol alan Viola Devis və Çedvik Bouzman (ölümündən sonra) ən yaxşı aktrisa və aktyor nominasiyalarında fərdi mükafatlara layiq görülüblər.
Daniel Kaluya (“Judas and the Black Messiah”, 2021) və cənubi koreyalı aktrisa Yun Yo Con (“Minari”, 2020) “İkinci Planda Ən Yaxşı Aktyor” heykəlciklərinə sahib olublar.
“Sheets Creek”də rol alan Ketrin Ohara “Komediya Serialında Ən Yaxşı Aktrisa” mükafatını qazanıb. “Ən yaxşı aktyor” heykəlciyi isə “Ted Lasso” (2020) komediya serialının baş rol ifaçısı Ceyson Sudeykisə verildi.
Anya Teylor-Joy (“The Queens Gambit”, 2020) və Mark Ruffalo (“I Know This Much Is True”, 2020) televiziya filmindəki və ya mini serialdakı rollarına görə, Cillian Anderson (The Crown) və Ceyson Beytman (Ozark, 2017-hazırda davam edir) dram serialındakı rollarına görə mükafatlandırılıblar.