Belçika 4 həftəlik Pasxa qapanmasına gedir.
Bu barədə BBC-nin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ölkədə ibtidai və orta məktəblər, eyni zamanda universitetlər aprelin 19-dək bağlanır. Bütün vacib olmayan səfər və görüşlər təxirə salınır, həmçinin ictimai yerlərdə maska taxılması məcburidir.
Portuqaliyada isə vəziyyətdən asılı olaraq muzey, orta məktəb və universitetlərin aprelin 19-dək açılmaması haqqında qərar hələ də qüvvədə qalır.
Hollandiyada vəziyyət bir az fərqlidir. Belə ki, burda orta məktəblərdə həftədə ən azı 1 gün dərslərin əyani formada məktəbdə keçirilməsinə baxmayaraq, universitet tələbələrinə aprelin 26-dan həftədə ən azı 1 gün dərslərini əyani formada keçmək üçün icazə veriləcək.
///Report