Donald Tramp yeni sosial şəbəkəyə qoşuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |     16:20 Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO  |    

Donald Tramp yeni sosial şəbəkəyə qoşuldu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Respublikaçılar partiyasının bir sıra tərəfdarları yeni “Campaign Nucleus” sosial platformasına qoşulub.

“Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı xəbər verib.

Qeyd edilir ki, onlar öz tərəfdarları ilə maneəsiz ünsiyyət saxlaya bilərlər.

Bildirilir ki, yeni sosial şəbəkə hələ 2016-cı ilin martında Trampın seçkiqabağı qərargahının sabiq məsləhətçisi Bred Parskeyl tərəfindən yaradılıb.

“Parskeyl” şirkətinin saytında yerləşdirilmiş informasiyaya əsasən “Campaign Nucleus” ABŞ-da istifadəçilərə poçt xidmətindən istifadə edərək kütləvi informasiya vasitələrlərinə elektron məktubları, mesajları və bəyanatları, həmçinin digər materialları göndərmək imkanı yaradır. Bundan başqa, istifadəçilər hakimiyyətin nümayəndələri ilə virtual məkanda bağlana və çat yazışmalarında iştirak edə biləcəklər.

Telekanal bildirib ki, platforma keçmiş prezidentə jurnalistlərə və tərəfdarlarına öz açıqlamalarını çatdırmaq imkanı verir. Daha əvvəl “Twitch”, tvitter, feysbuk, yutub və instaqram yanvarın 6-da Trampın Vaşinqtonda qarışıqlıqlar haqqında bəyanatlarına görə onun sosial şəbəkə hesablarını müxtəlif müddətlərə bloklayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            774 01.04.21 22:43