Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində məktəblilər qollarını kəsiblər.
Bu barədə “Amur” televiziyasında xəbər yayımlanıb.
Belə ki, martın 25-də 5-ci sinif şagirdlərindən biri tənəffüs zamanı qolunu bir neçə yerdən kəsib.
Qız bununla bağlı videonu sosial şəbəkədə gördüyünü və maraqdan etdiyini deyib. Daha dörd şagird rəfiqələrinin hərəkətini təkrarlayaraq özlərinə xəsarət yetiriblər.
Amur vilayəti İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma davam edir.
Hazırda psixoloji xidmətin mütəxəssisləri qızlarla söhbət aparırlar.