ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ekspertləri Şimali Koreyanın Yonbyon nüvə kompleksində plutoniumun yenidən işlənmə prosesini bərpa etdiyini və ya buna hazırlaşdığını istisna etməyib.
Bu barədə RT məlumat yayıb.
Sözügedən iddianın səsləndirilməsi üçün peyk görüntüləri əsas götürülüb.
Peyk görüntülərində radiokimyəvi laboratoriya olduğu ehtimal edilən kompleksdən buxar və ya tüstü çıxdığı görünür.