Çin Ümumdünya Səhiyyə Təşkilatından ABŞ-ın Fort-Detrikdəki hərbi laboratoriyasından və digər ölkələrin oxşar qurumlarından sızan koronavirus versiyasını araşdırmağı tələb edib.
Median.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin bu günkü gündəlik brifinqdə söyləyib. Fort-Detrik şəhərində (Merilend ştatı) Uolter Rid adına Quru Qoşunlarının Elmi-Araşdırma İnstitutu yerləşir.
Pentaqon tərəfindən idarə olunur və yoluxucu xəstəliklər daxil olmaqla, biotibbi tədqiqatlar aparır.