Çexiyada iki yerlik “Heli-Sport CH-77 Ranabot” helikopteri 90 metr hündürlükdən Praqa yaxınlığında yerə düşüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polisin nümayəndəsi Mixaela Rixterova jurnalistlərə bildirib.
Məlumata görə, hadisə zamanı 2 nəfər həlak olub.
"Helikopter hələlik məlum olmayan səbəblərdən Praqa yaxınlıqdakı Dobrjixovise yaşayış məntəqəsində təxminən 90 metr hündürlükdən yerə düşüb. Qəza nəticəsində iki nəfər həlak olub, polis hələ onlar haqqında məlumatlara malik deyil", - Rixterova deyib.
Onun sözlərinə görə, hadisənin başvermə səbəblərinin araşdırılması ilə Aviasiya Qəzalarının Səbəblərinin Müəyyənləşdirilməsi üzrə İnstitutun ekspertləri, həmçinin polis məşğul olacaq.