Peqov Ermənistanda məyus oldu: Feyk xəbərlərin əsas istehsalçısı İrəvanda nə axtarırdı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |    

Peqov Ermənistanda məyus oldu: Feyk xəbərlərin əsas istehsalçısı İrəvanda nə axtarırdı?

Qalmaqalları və ikinci Qarabağ savaşı zamanı feyk xəbərləri ilə məşhurlaşan rusiyalı jurnalist Semyon Peqov Ermənistandakı vəziyyətdən məyus olub.

Ermənipərəst mövqeyi ilə tanınan jurnalist (başqa cür ola da bilməz, axı o, Aram Qabrelyanovun “yemi” ilə dolanır) İrəvana səfər edib və burada vətənpərvərlik hisslərinin yüksəlişi, “hələ heç nə itirilməyib” ruhunda etiraz hərəkatı barədə geniş material hazırlamağı planlaşdırıb. Lakin öz istəyinə nail olmadan, şəhəri tərk etməli olub.

“Etiraz hərəkatı barədə aktual xüsusi reportaj hazırlamağı düşünürdük. Axı etirazlar bizim profilimizdir. Nəticədə biz heç nə çəkə bilmədik. Ona görə yox ki, tənbəlik. Ona görə ki, çəkiləcək heç nə yox idi.

Keçmiş və indiki siyasi elitalar əhalinin böyük qismində nifrət hisləri oyadır və bunun dəyişməsinə də heç bir ümid yoxdur”, - deyə Peqov sosial şəbəkələrdə qeyd edib.

O, təkcə Paşinyanın deyil, Sarqsyan və Köçəryanın simasında əvvəlki hakimiyyəti də ittiham edib:

“Əsas və ən cəsarətli müxalifətçi, eks-prezident Robert Köçəryana gəlincə, o heç bir ciddi fəaliyyət göstərmir. Hətta, müsahiblərimin bir çoxu əmindirlər ki, müharibənin nəticələrinə görə məsuliyyətin böyük bir hissəsi məhz onun üzərinə düşür”, - Peqov yazıb.

O, heç də ürəkaçan olmayan bir nəticəyə də gəlib: “İrəvanda gördüyüm mənzərə insanda depressiya yaradır. Ümid edirəm ki, bu, sağalandır”.

Peqov düzgün diaqnoz qoyub. Ermənistan cəmiyyəti “millətin böyüklüyü”, “dənizdən dənizə böyük Ermənistan” və müharibədəki məğlubiyyətdən sonra qisasçılıq kimi ideyalarla xəstələnib. Ancaq onların müəlicə reseptini heç bir halda Sarqsyan, Köçəryan, Peqov, Qabrelyanov və bu kimi şəxslər yazmamalıdır. Çünki məhz onlar cəmiyyyəti, ölkəni və xalqı iflasa gətirən xəstə ideyaların təbliğatçısı olublar.

Arzu edərdik ki, qloballaşmanın hazırki formatında erməni cəmiyyətinin sağalması həmsərhəd ölkələr, ilk növbədə də Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərinin bərqərar olmasından və iqtisadi əlaqələrin bərpasından keçsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            933 29.03.21 19:29