Dünyada iqlim dəyişikliyinə diqqət çəkmək üçün martın 27-də işıqlar bir saat söndürüləcək.
Bu, Ümumdünya Təbiəti Mühafizə Vəqfi tərəfindən 2007-ci ildən bəri dünyada təşkil edilən "Dünya Saatı" tədbiri çərçivəsində gerçəkləşdiriləcək.
Hər il dünya miqyasında mart ayının son şənbə günü təşkil edilən "Dünya Saatı" tədbiri bu həftənin şənbə günü yerli vaxtla 21:30-22:30 arasında reallaşacaq.
İqlim böhranına diqqət çəkmək üçün işıqların bir saat ərzində söndürüldüyü bu qlobal tədbir, bu il pandemiya şərtləri səbəbiylə evlərdə baş tutacaq və rəqəmsal məcralarda paylaşılacaq.