ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
Bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24%-i instaqrama daxil ola bilməyiblər.