Rusiya və Çin alternativ valyutaya üstünlük verməli və dollardan istifadəni azaltmalıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çin mətbuatına açıqlamasında deyib.
O bildirib ki, bu yolla ABŞ-ın sanksiya risklərini azaltmaq lazımdır:
"Biz texnoloji mənada müstəqilliyimizi artıraraq, dollara alternativ milli və beynəlxalq valyutalarla ticarət etməklə sanksiya risklərini azaltmalıyıq. Biz Qərbin nəzarətində olan beynəlxalq ödəniş sistemlərinin istifadəsindən uzaqlaşmalıyıq”.