Rusiya Xarici İşlər naziri Sergey Lavrov koronavirus səbəbiylə tətbiq olunan karantinlərə maskası üzərindəki zarafatı ilə münasibət bildirib. Belə ki, nazir Çinə səfəri zamanı üzərində “FCKNG QRNTN” yazısı olan fərdi qoruyucu vasitə taxıb. Maska onun ad günündə jurnalistlər tərəfindən hədiyyə edilmişdi.
ÇXR-dən olan video Xarici İşlər Nazirliyinin “TikTok” hesabında paylaşılıb.
Qeyd edək ki, rusiyalı nazir koronavirus infeksiyasının yayılması ilə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə etmək üçün Çinin Quylin şəhərinə səfər edib. Çindən sonra Sergey Lavrov Cənubi Koreyaya səfərə gedəcək.