Ağ Evin beş əməkdaşı Baydenin verdiyi vədlərə baxmayaraq, işdən çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |     16:29 Mikayıl Cabbarov Hezer Evans ilə görüşüb  |     16:20 Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO  |    

Ağ Evin beş əməkdaşı Baydenin verdiyi vədlərə baxmayaraq, işdən çıxarılıb

Məmurlara marixuana istifadəsi ilə bağlı qoyulan məhdudiyyətləri yumşaltma barədə Co Bayden administrasiyasının verdiyi vədlərə baxmayaraq, Ağ Evin beş əməkdaşı buna görə işdən çıxarılıb.

TASS-ın məlumatına görə, ABŞ prezidentinin mətbuat katibi Cen Psaki bununla bağlı danışıb.

Onun sözlərinə görə, Ağ Evdə işçilərlə bağlı qaydalarda bir neçə həftə əvvəl müəyyən yumşaldılmalar edilib. Bunlar arasında narkotik maddə istifadəsi ilə bağlı məsələlər də var. Belə ki, əvvəllər marixuanadan istifadə edənlər işdən çıxarılmayacaq. Ancaq Psakinin sözlərindən o da məlum olub ki, işə götürülən adamlardan beş nəfəri məhz bu səbəbə görə artıq vəzifələrindən azad edilib.

Bundan əvvəl “The Daily Beast” nəşri əvvəllər marixuana istifadə etdiklərini deyən onlarla gəncin Ağ Evdəki işindən kənarlaşdırıldığını və ya ən yaxşı halda distant iş rejiminə keçirildiyini bildirmişdi.

Qeyd edək ki, marixuana hazırda ABŞ-ın bir çox ştatında və Ağ Evin yerləşdiyi Kolumbiya dairəsində leqallaşdırılıb, ancaq federal səviyyədə hələ də qanunsuz sayılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 20.03.21 14:46