Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkə prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görməyə başlayıb.
“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Artıq (hazırlığa-red) başlanılıb", - deyə nazirlikdən agentliyə bildirilib.
Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-Rusiya münasibətlərində gərginlik daha da artıb. Birləşmiş Ştatların prezidenti Rusiyanı ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə, habelə digər məsələlərdə ittiham edib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi bu gün Rusiyaya qarşı mıəhdudlaşdırıcı tədbirlərin görüləcəyi anonsunu verib. Rusiya isə ABŞ-dakı səfirini məsləhətləşmək üçün Moksvaya çağırıb.
Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib.